Bakıda bayram yarmarkaları keçiriləcək?


"Nəzərdə tutmuşuq ki, növbəti həftədən, Novruz bayramı ərəfəsində uzun müddətli yarmarka təşkil edək”.



Bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev deyib.

Onun sözlərinə görə, pandemiya şəraitinə uyğun olaraq Operativ Qərərgahın verəcəyi qərara görə, bu proses tənzimlənəcək.

"Əgər karantin qaydalarında hansısa sərtləşmə olmasa, yarmarkaların sayı artacaq. Martın 13-dən 19-na qədər yarmarka davamlı ola bilər”, - deyə Mais Musayev bildirib.(Baku.ws)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu