Odlar Yurdu Universiteti “Mən Qarabağam!” adlı layihəyə start verib


Odlar Yurdu Universiteti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Mən Qarabağam!” dizaynerlərin gözü ilə adlı yaradıcılıq layihəsinə start verib.


Universitetin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, layihənin əsas məqsədi əsirlikdən azad olunan abidələrimizin, yaşayış məskənlərimizin bərpa və yenidənqurma işlərinə bu sahədə təhsil alan tələbələri, gənc mütəxəssisləri cəlb edərək, onların belə məsuliyyətli və şərəfli işdə iştirakını təmin etməkdir.
Odlar Yurdu Universiteti və Odlar Yurdu Kollecinin Dizayn ixtisasının tələbələri və könüllü gənc dizaynerlərlə birgə həyata keçiriləcək layihə 3 mərhələdə öz işini davam etdirəcək.
Birinci mərhələ - layihənin təqdimatı, iştirakçıların seçim turu və işğaldan azad olunmuş rayonların komanda rəhbərləri arasında bölünməsi;
İkinci mərhələ - Komandaların müəyyən olunan vaxt müddətində təqdimata hazırlığı, nominasiyaların müəyyən olunması;
Üçüncü mərhələ - Komandaların layihələrini təqdim etməsi, təqdim olunan layihələrin qiymətləndirilməsi, qaliblərin müəyyən olunmasından ibarət olacaq;
Layihə 10 mart - 10 may tarixlərini əhatə edir.
Qeyd: İşğaldan azad olunmuş torpaqlarımızın bərpa və yenidənqurma işləri ilə bağlı könüllü olaraq layihə təqdim etmək istəyənlər 30 aprel tarixindən gec olmayaraq müraciət edə bilərlər.
Biz artıq torpaqlarımızın çiçək açdığı, yenidən, hətta öncəkidən də çox inkişaf edəcəyi mərhələyə qədəm qoymuşuq.
Bu istiqamətlərdə aparılan işlərdə iştirak etmək hər bir Azərbaycan vətəndaşının borcudur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu