“Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında vebinar təşkil olunub


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Gənclər Fondu ilə birlikdə Binəqədi rayonunda fəaliyyət göstərən orta məktəblərin çağırışaqədərki hazırlıq rəhbərlərilə “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda vebinar təşkil edib.


Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov tədbirin məqsədi barədə ətraflı məlumat verib. Bildirib ki, cəmiyyətdə dövlətçilik üçün gərəkli olan bütün proseslərin aparıcı qüvvəsi gənclərdir. Çağdaş Azərbaycan gəncləri cəmiyyətin bütün sahələrində nəinki fəallığı ilə fərqlənir, həm də dövlət üçün, dövlətçilik üçün mühüm təşəbbüslərin gerçəkləşməsində israrlıdırlar.

Vebinarda gənclərin yüksək vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin funksional vəzifə istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi ardıcıl fəaliyyətin nəticələri qeyd olunub. Çıxışda Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda bizi gözləyən Böyük Qayıdış prosesi, sülhün əbədiliyi üçün Silahlı Qüvvələrin daimi təkmilləşdirilməsi baxımından müasir dövrün çağırışlarına uyğun olaraq çağırışaqədərki hazırlıq işlərinə xüsusi diqqət yetirilməsinin zəruriliyi əsaslandırılıb.

Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov təmsil etdiyi qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycan Gənclər Fondunun tərəfdaş kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə bir sıra layihələr həyata keçirdiyini diqqətə çatdırıb. “Vətənpərvər Azərbaycan gəncliyi” devizi altında təşkil olunmuş vebinarın əhəmiyyətini vurğulayıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi nəzdində Təlimə Dəstək Mərkəzinin gənclərin çağırışaqədərki hazırlığı üzrə metodisti Mürsəl Qurbanov orta təhsil müəssisələrində bu sahədə görülən işlərdən bəhs edib. Çağırışaqədərki hazırlıq işinə verilən önəmi, görülən işləri konkret faktlarla diqqətə çatdırıb. Qarşıdakı dövr üçün bu sahədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə daha fəal iş aparılacağını bildirib.

Vebinarda Binəqədi rayonu 157, 244 və 3 saylı məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri Orxan Rəfiyev, Saleh Mirzəyev və Elgiz Səlimov çıxış edərək öz təcrübələrini bölüşüblər.

Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu