Meyiti batdığı yerdən 10 km aralıda tapıldı


Bakıda 4 gün əvvəl dənizdə batan 26 yaşlı oğlanının cəsədi tapılıb.

Afn.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, 1989-cu il təvəllüdlü Əbdülrəhmanov Səfər Vaqif oğlu iyulun 19-da Binəqədi rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800 metr sola, nəzarətsiz ərazidə) batıb.

S. Əbdülrəhmanovun meyiti bu gün batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu