Xəzər iki can daha aldı


Bakıda dənizdə batmış 2 nəfərin meyiti tapılıb.

Afn.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Sahil-1” sularda xilasetmə məntəqəsindən 2 km aralıda, nəzarətsiz ərazidə) çimərkən batmış 2 nəfərin axtarışları başa çatıb.

Vətəndaşların meyitləri dalğıc xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 100 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu