ABŞ-da 3D printerində şəffaf şüşə alıblar


ABŞ-da 3D printerində şəffaf şüşə ala biliblər

Mediated Matter tədqiqat qrupu şəffaf şüşə almaq üçün yüksək dəqiqliyi ilə fərqlənən 3D metodunu işləyib hazırlayıb. Afn.az xəbər verir ki, bu haqda qrupun rəsmi saytında məlumat verilib. G3DP adlandırlan texnologiya Massaçuset texnologiya universiteti və Viss İnstitutunun mütəxəssislərinin iştirakilə yaradılıb. Son xammal olaraq çap zamanı hazır şüşədən istifadə olunur. Şüşə içərisində istilik 1000 dərəcəyə çatan kamerada əridilir. Sonra yeni obyekt alınması üçün şüşələr lay-lay qoyulur. Bu konstruksiya, layları yüksək dəqiqliyi ilə yığmağa imkan verir, maksimal yayınma həddi 0,44 mm təşkil edib. Printerin işləmə prinsipi videoda göstərilib. Bu texnologiyanın köməyi ilə alınmış predmetləri 2016-cı ildə Smitson dizayn muzeyindəki sərgidə nümayişi planlaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu