Elmar Məmmədyarov Gürcüstana gedir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 19-da Tbilisiyə səfər edəcək.

Trend xəbər verir ki, ənənəvi mətbuat konfransında Gürcüstan XİN-in mətbuat katibi David Kereselidze bildirib ki, səfər çərçivəsində iki ölkə arasında energetika və nəqliyyat sahələrində birgə layihələr müzakirə olunacaq.

Onun sözlərinə görə, ikigünlük səfər zamanı Elmar Məmmədyarovun Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Baş nazir İrakli Qaribaşvili, XİN rəhbəri Tamar Beruçaşvili ilə görüşləri planlaşdırılıb.

D.Kereselidze qeyd edib ki, Gürcüstan azərbaycanlı nazirin səfərinə xüsusui əhəmiyyət verir, bunu da iki ölkənin strateji əməkdaşlığı şərtləndirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu