Qəbələdə yaşayış evində partlayış: bir uşaq öldü
"Report"-un Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, yanvarın 18-də saat 21 radələrində Qəbələ rayonunun Aydınqışlaq kənd sakini Yulət Cabbarovun evində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib. Partlayış nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, Y.Cabbarlının azyaşlı qızı Xədicə tüstüdən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.