Lənkəranda ağır qəza: hər iki sürücü xəsarət aldı


Lənkəran rayonunun Parakənd qəsəbəsi ərazisində iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Astara rayon sakini Elman Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobili digər Astara sakini Mircavan Qasımovun idarə etdiyi “Hyundai” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “Hyundai” markalı maşın yolun kənarındakı ağaca çırpılaraq çevrilb və hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Müxtəlif xəsarətlər alan sürücülər təcili yardım maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisə şahidlərinin bildirdiyinə görə ağır yol qəzası “Hyundai” markalı maşının yüksək sürətlə hərəkət etməsi və ara məsafəsinin gözləməməsi səbəbindən baş verib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanıb. Qəzanın baş verməsinin dəqiq səbəbləri aparılan araşdırmalar nəticəsində məlum olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu