22 yaşlı oğlan canına qıydı - Şamaxıda


Şamaxı rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Sabir qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Ağayev Musa Mikayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq öldürüb. Onun həyatına qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu