Sabirabadda 14 yaşlı qızı cərəyan öldürdü


Sabirabad rayonunda bədbəxt hadisə baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə günorta saatlarında Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb. Həmin kəndin sakini 2002-ci il təvəllüdlü Baxışova Güllü İlqar qızını həyətlərində su nasosundakı elektrik cərəyanı vurub. 14 yaşlı qız Şirvan şəhər Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu