Türkiyə ərazisinə 3 raket düşdü- yaralılar var


Türkiyənin Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinə 3 raket mərmisi düşüb.

"Hürriyət" xəbər verir ki, mərmilərdən biri küçəyə, digər ikisi isə boş əraziyə düşüb. Partlayışda ikisi uşaq olmaqla 6 nəfər yaralanıb.

İndiyə qədər Suriyadakı terrorçu qruplaşmaların atdığı raket mərmiləri nəticəsində Kilisdə 21 nəfər həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu