Türkiyə ilə Avropa İttifaqı arasında viza ləğv olunur


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti çərçivəsində Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Fransua Olland və İtaliya baş naziri Matteo Renzi lə dördtərəfli formatda görüş keçirib.

"Habertürk” xəbər verir ki, dördtərəfli görüşdən sonra Ərdoğan Ollandla ikitərəfli danışıqlar aparıb.

Məlumata görə, bu gün Avropa İttifaqı və Türkiyə viza rejiminin ləğv olunması barədə razılığa gəlib. Bu barədə razılıq bir neçə gün əvvəl Aİ-nin XİN rəhbərlərinin görüşündə əldə olunub.

Sayt xəbər verir ki, Aİ və Türkiyə arasında viza rejimi bu il oktyabrın əvvəli və ya sonu ləğv olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu