Vladimir Putin Ukrayna səfirinin Krım barədə sualına cavab verdi


Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, Krımın Rusiyaya birləşdirilməsinin yeganə səbəbi Ukrayna hökümətinin apardığı siyasətdir.

TASS xəbər verir ki, Rusiya dövlət başçısı MDB ölkələrinin sammitində çıxışı zamanı deyib: “Krımda baş verənlər Ukraynanın müəyyən siyasi qüvvələrinin qanunsuz hərəkətlərinin nəticəsidir”.

Vladimir Putin Rusiyanın Krımı zəbt etmədiyini və yarımada əhalisinin öz müqəddəratını referendum vasitəsilə həll etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl, Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko sammitdə çıxışı zamanı Rusiyanı Krımı işğal etməkdə ittiham etmişdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu