Tramp Klintonu qabaqladı: sorğu


ABŞ prezidentliyinə Respublikaçılar partiyasından olan namizəd Donald Tramp seçicilərin dəstəyinə görə öz rəqibi Hillari Klintonu qabaqlayıb. TASS xəbər verir ki, bu nəticəyə Rassmusenin sosioloji sorğu xidməti gəlib.

10-12 oktyabr tarixlərində min beş yüzə yaxın seçicinin iştirakı ilə keçirilən növbəti sosioloji sorğu göstərib ki, Trampa 46,3%, Klintona 41% seçici rəğbət göstərir.

Sorğuda iştirak edənlərin 84% artıq indidən kimə səs verəcəklərini dəqiqləşdirdiklərini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu