Təhsilin qadın işçiləri: 4 rektor, 1202 direktor...


“Təhsil Nazirliyi sisteminə daxil olan müəssisələrin rəhbərlərinin əksəriyyəti qadınlardır”.

Bunu nazirliyin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva deyib.

Onun sözlərinə görə, 4 ali təhsil müəssisəsinin rektoru qadındır: "Universitetlərdən 12-nin prorektorlarından biri, 7 orta ixtisas təhsili müəssisəsinin direktoru xanımdır. Bundan başqa, orta ixtisas təhsili müəssisəsində 21-nin direktor müavini, 12 ilk peşə-ixtisas təhsili müəssisəsinin direktoru, 16 direktor müavini, 1202 (26,5 %) məktəb direktoru qadındır".

Nazirlik rəsmisi qeyd edib ki, 2016-2017-ci tədris ilində ümumtəhsil məktəblərində işə qəbul üçün müraciət edən 31 779 nəfərdən 23 411-i qadın olub, onlardan 1905 nəfəri müsabiqədən keçərək, seçdikləri məktəbə ixtisasları üzrə müəllim təyin ediliblər.

Elm sahəsində də qadınların sayının ilbəil artdığını vurğulayan M.Hacıyeva bildirib ki, hazırda 2070 doktorantdan 1052 nəfəri qadındır: “Təhsil Nazirliyində çalışan 160 dövlət qulluqçusundan 57-si qadındır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu