Bakıdakı 25-ci Polis Bölməsinə yeni rəis təyin edildi


Daxili işlər orqanlarında yeni təyinat olub.

"Report" bildirir ki, polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin (RPİ) 25-ci bölməsinə rəis təyin edilib.

E.Hüseynov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində çalışıb.

Xatırladaq ki, bir neçə ay əvvəl 25-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rafael Albabayev vəzifəsindən azad edilərək 23-cü Polis Bölməsinə rəis təyin edilmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu