Bakının daha iki polis bölməsinin rəisi dəyişdi


Azərbaycan daxili işlər orqanlarında yeni təyinatlar olub.

“Report”un xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 40-cı Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Faiq Bədəlov vəzifəsindən azad edilərək Yasamal RPİ-də 26-cı PB-nin rəisi təyin edilib.

Binəqədi 6-cı PB-nin rəis müavini, polis mayoru Ramil Cəbiyev isə vəzifəsindən azad edilərək Binəqədi RPİ-də 40-cı PB-nin rəisi təyin olunub.

Qeyd edək ki, Yasamal RPİ 26-cı PB-nin əvvəlki rəisi, polis mayoru Murad Hüseynov Xəzər RPİ 1-ci PB-nin rəisi vəzifəsində çalışır.

Onu da xatırladaq ki, bundan əvvəl polis polkovnik-leytenantı Elmir Hüseynov Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə rəis təyin edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu