Daha bir marşrut vahid kart sisteminə keçdi


Bakı şəhərində 15 marşrut xətti üzrə avtobuslarda ödəniş vahid kart sistemi ilə həyata keçirilir.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 01.11.2016-cı il tarixindən daha bir marşrut xətti üzrə də vahid ödəmə kart sisteminə keçid təmin edilib. Belə ki, bundan sonra 88 saylı marşrut xəttindən istifadə edən sərnişinlər gediş haqqını Bakı Kart vasitəsilə ödəyəcək.

Vahid ödəmə kart sisteminə keçidlə əlaqədar olaraq 88 saylı marşrut xətti üzrə 30 avtobusda validatorlar quraşdırılıb. Həmçinin şərnişinlərin Bakı Kartı rahat şəkildə əldə edə bilməsi, eləcə də kartda müəyyən məbləğ yükləməsini asanlaşdırmaq üçün 88 saylı marşrut xəttinin hərəkət trayektoriyası üzərindəki bütün dayanacaqlarda ödəmə terminalları qoyulub.

İlk günlər sərnişinlərin təlimatlandırılması və yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə daşıyıcı şirkətin əməkdaşları dayanacaqlarda sərnişinlərlə iş aparacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu