Hakimiyyətə etiraz edən əlilin başını kəsəcəklər


Səudiyyə Ərəbistanı hakimiyyəti beş il əvvəl antihökumət aksiyalarında iştirak edən əlil 23 yaşlı Munir Adamın başını kəsməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bu haqda “Mirror” qəzeti yazıb.

Qəzetin məlumatına görə bir gözdən kor və lal olan Munir Adamın yeganə günahı odur ki, o, etiraz aksiyalarında iştirak edib. İstintaq isə iddia edir ki, Munir 2011-ci ildə nümayişlər zamanı həbs olunarkən polisə hücum çəkib. Həmin vaxt Adamın 18 yaşı olub.

Adamın ailəsi deyir ki, beş ildir onların övladlarına vəkillə görüşməyə icazə vermirlər. O, işgəncələr altında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyi haqda ifadə verib. Valideyinlərinin dediyinə görə Munir Adam 6 yaşında bədbəxt hadisə nəticəsində gözdən əlil olub, həbsxanada isə eşitmə qabiliyyətini itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu