Bakıda sərnişin avtobusları toqquşdu


Bakıda iki sərnişin avtobusunun iştirakı ilə zəncirvarı qəza baş verib.

APA xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb. 57 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşdıqda idarəetməni itirib.

Nəticədə avtobus "Mercedes" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Mercedes" qarşısındakı "Daewoo" markalı 40 saylı marşrut avtobusuna, həmin avtobus da "Toyota" markalı minik maşınına dəyib.

Qəza nəticəsində xəsarət alan 2 nəfər - 1989-cu il təvəllüdlü Əliyev Ruslan Mənsur oğlu və Mənsurova Elmira Şirəli qızı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadaları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar. Daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu