Tovuzda 2 yaşlı uşaq hündürlükdən yıxılaraq ölüb


Tovuz rayonunda bədbəxt hadisə baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qovlar şəhərində, Elma Mürsəlova məxsus mənzildə baş verib. Onun 2014-cü il təvəllüdlü övladı Elnar hündürlükdən yerə düşərək ağır xəsarət alıb. Uşaq xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu