Bakıda yük maşını qadını vuraraq öldürüb


Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində qəsəbə sakini İlqar Tahirov idarə etdiyi "UAZ-3303" markalı avtomobillə yolu keçən paytaxt sakini Xumar Abdinovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən X.Abdinova orada ölüb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu