2035-ci ildə Bakının əhalisi 4 milyon olacaq


2035-ci ilədək Bakının əhalisinin sayı 4 milyon nəfərə çatacaq.

Bunu jurnalistlərə açıqlamasında Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planının təqdimatı zamanı Bakı Dövlət Planlaşdırma İnstitutunun direktoru İlqar İsbatov deyib.

Direktor bildirib ki, plan əhalinin yerləşdirilməsi və məşğulluğunun təşkili, yeni istirahət zonalarının yaradılması, Bakının inkişaf pespektivlərini nəzərdə tutur.

İ.İsbatovun sözlərinə görə, şəhərin mərkəzi hissəsində gərginliyi azaltmaq üçün yüklənməni Ələt qəsəbəsinə keçirmək planlaşdırılır: “Planlara əsasən, Ələt qəsəbəsi 2035-ci ilədək 200 mindən çox əhalisi olan şəhərə çevriləcək”.(Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu