Bakıda ikinci dairəvi avtomobil yolu tikiləcək


Bakıda ikinci dairəvi avtomobil yolunun tikintisi planlaşdırılır.

“Trend”in məlumatına görə, bu Bakı ərazisinin zonalaşdırılması və istifadəsi planında nəzərdə tutulub.

Yeni dairəvi yol Bakı-Sumqayıt yolu ilə birləşdiriləcək.

Plana əsasən, yolun tikintisi şəhərin şimal zonası ərazisində planlaşdırılır. Bu layihənin mərkəzi Maştağa qəsəbəsi olacaq. İnkişaf planına uyğun olaraq, Maştağada “Sakit şəhər” (Slow city) konsepsiyasının reallaşdırılması nəzərdə tutulur.

Bundan başqa, Maştağa qəsəbəsində kənd bazarının yaradılması təklif olunur.

Qeyd edək ki, Bakının zonalaşdırılması Planına əsasən, Bakı və Abşeron 9 zonaya bölünəcək. Plan ümumi sahəsi 248 min hektar olan ərazini əhatə edir.

Ümumilikdə, 2035-ci ilədək Planın icra olunması dəyəri 283,97 milyard manat həcmində ölçülür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu