“İş yerinə dair arayış” e-xidməti ilk yerdədir

Xəbərin çap versiyası
Tarix: 9-08-2017, 15:36    |    Xəbər oxunub: 606 dəfə
“İş yerinə dair arayış” e-xidməti ilk yerdədir


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Belə ki, cari ilin iyul ayında bu e-xidmətə əvvəlki iyun ayı ilə müqayisədə 13,4 faiz, ötən ilin iyul ayına nisbətən isə 21,2 faiz çox olmaqla, 26 435 müraciət qeydə alınıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, “İş yerinə dair arayış” e-xidməti əmək fəaliyyəti ilə məşğul olan hər hansı vətəndaşa müvafiq hallarda real vaxt rejimində öz iş yerinə dair arayış əldə etmək imkanı verir. İstifadəçi portaldakı elektron arayış sisteminə daxil olduqdan sonra “İş yerinə dair arayış” e-xidmətini seçir. Bundan sonra istər ümumi təyinatlı, istərsə də konkret bir təşkilata təqdim etmək üçün, eyni zamanda istəyinə uyğun olaraq əmək haqqı göstərilməklə və ya göstərilmədən həmin arayışı əldə edir. Bu arayışı aidiyyəti quruma elektron şəkildə göndərmək, yaxud çap edərək kağız şəklində təqdim etmək də mümkündür. Bununla da qeyd olunan sənədin alınmasından ötrü vaxt sərf edərək işəgötürənə müraciət etməyə ehtiyac qalmır. “E-hökumət” portalının “Elektron arayışlar” bölməsində “Elektron arayışların yoxlanılması” xidməti isə arayışın təqdim edildiyi hər hansı quruma onun düzgünlüyünü, etibarlılığını yoxlamağa imkan verir.

2014-cü ilin dekabrında istifadəyə verilən “İş yerinə dair arayış” elektron xidməti həmin vaxtdan da portalın elektron arayış sistemində mühüm yer tutub. Ötən dövrdə 622,3 mindən çox müraciətin qeydə alındığı “İş yerinə dair arayış” e-xidməti bu göstərici ilə elektron arayış sistemində müraciətlərin sayına görə ilk yerdədir. 17 növdə e-xidmətin göstərildiyi e-arayış sisteminə bu günə qədər müraciətlərin 48,7 faizi “İş yerinə dair arayış” e-xidmətinə yönəlib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Sutka ərzində havadakı toz-duman çəkiləcək

Dolların məzənnəsi dəyişmədi

Dolların məzənnəsi dəyişmədi

ABŞ sakini lotereyada 760 milyon dollar udub

ABŞ sakini lotereyada 760 milyon dollar udub

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Torpaqların icarə və istifadəsinə ƏMDK-nın rəyi lazım olacaq

Sabaha olan hava

Sabaha olan hava PROQNOZU

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

“Nar Home” TV xidməti sərfəli kampaniyalar təklif edir

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

Nazirin Astarada keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirildi

"Qarabağ"ı Bakıda belə qarşıladılar- VİDEO

Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu

Ermənistan ordusunda homoseksuallıq:

Ermənistan ordusunda homoseksuallıq: Gənc əsgərləri zorlayırlar

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın qələbəsindən yazdı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur