Lənkəranda “Azərişığ”ın avtomobilini yandıran şəxs saxlanılıb




Xəbər verdiyimiz kimi, Lənkəran sakini Regional Elektrik Şəbəkəsinin (REŞ) nəzarətçi mühəndisinə stəkan atıb, şəbəkəyə məxsus avtomobilin üzərinə benzin tökərək yandırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, avqustun 22-də Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən kafelərdən birində şəhər sakini Sərvər Məmmədov xuliqanlıq zəminində Lənkəran REŞ-in nəzarətçi mühəndisinə stəkan atıb, kafenin qarşısında olan, REŞ-nə məxsus “Mercedes” markalı avtomobilin üzərinə benzin tökərək qismən yandırıb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində S.Məmmədov saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu