Vaxtı keçmiş məhsullar aşkarlandı




Bakıda bir neçə müəssisədə vaxtı keçmiş məhsullar aşkarlanıb. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən araşdırmalar davam etdirilir.

Araşdırmalar zamanı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, ev 7/19 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Məlik Balakişi oğlu tərəfindən istehsal edilən yağlılığı 18 faiz olan 400 qramlıq "Saratovka" adlı, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi, ev 6 ünvanında "Kaspian Prodakşn Layn" MMC tərəfindən istehsal edilən yağlılığı 18 faiz olan 400 qramlıq "Lavanda" adlı, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Bakı-Duz, qeyri-yaşayış sahəsi ünvanında fəaliyyət göstərən fiziki şəxs Ramazanov Mehman Mahir oğlu tərəfindən istehsal edilən yağlılığı 9 faiz olan 400 qramlıq "İsmayıllı" adlı, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu, şosenin sağ tərəfi ünvanında fəaliyyət göstərən fiziki şəxs Məsimov Alim Nəriman oğlu tərəfindən istehsal edilən yağlılığı 18 faiz olan 400 qramlıq "Bərəkət" adlı şorların etiketində saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi müəyyənləşdirilib.

Məhsulların saxlama müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərilməsi saxlama müddəti ötüb və beləliklə də insanların həyat və sağlamlığı üçün təhlükəli malların istehlakçılar tərəfindən istifadəyə yararlı məhsul kimi istifadəsinə şərait yaratmaqla, insanların həyat və sağlamlığına təhlükə yaradır.

Bununla əlaqədar istehsal olunan məhsulların üzərində saxlama müddətinin normativ sənədlərin tələblərinə uyğunlaşdırılması barədə "Kaspian Prodakşn Layn" MMC-yə, fiziki şəxslər Ağayev Məlik Balakişi oğluna, Ramazanov Mehman Mahir oğluna və Məsimov Alim Nəriman oğluna müvafiq göstəriş verilib. İstehlak bazarında nəzarət tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu