Ərdoğan Bakıya gələcək


Ərdoğan Bakıya gələcək


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın vaxtlarda Azərbaycana səfər edəcəyi gözlənilir.

Bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

O xatırladıb ki, bu yaxınlarda prezident Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək: “Azərbaycana səfərin tarixi tam müəyyənləşməsə də, səfərin yaxın zamanlarda olacağı bəllidir”.

Səfir əlavə edib ki, artıq Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bitib və çox yaxında açılışı olacaq. Prezidentin səfərinin dəmir yolunun açılışı ilə bağlı olub-olmamasına da münasibət bildirən E. Özoral vurğulayıb ki, onlar ayrı proqramdır: “Prezident dəmir yolunun açılışına kimi də gələ bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu