Hava hələ mülayim keçəcək

Xəbərin çap versiyası
Tarix: 14-10-2017, 23:36    |    Xəbər oxunub: 547 dəfə
Hava hələ mülayim keçəcək


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AFN-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 18-21, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 8-13 dərəcə isti olacaq.

Xəbərdarlıq

Oktyabrın 16-sı gündüzdən 17-si axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı , bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Makedoniya Türk Hərəkat Partiyasının lideri:

Makedoniya Türk Hərəkat Partiyasının lideri: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”

Dəmiryolu vağzalındakı

Dəmiryolu vağzalındakı “TASTE” restoranında “MTN izi”-milyardların söhbəti

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Həbsdəki müstəntiq ata oldu

Həbsdəki müstəntiq ata oldu

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Azərbaycan OPEC-in iclasına dəvət olunub

Azərbaycan OPEC-in iclasına dəvət olunub

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

İlham Əliyev FIFA prezidentini qəbul edib

İlham Əliyev FIFA prezidentini qəbul edib

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur