Kərəm Həsənov müşavirə keçirdi


Kərəm Həsənov müşavirə keçirdi


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

İclasda çıxış edən komitə sədri Kərəm Həsənov bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə cari ilin 9 ayında da ardıcıl olaraq mühüm işlər görüb. Qeyd edilib ki, cari ilin 9 ayı ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı 1032 yaxın monitorinq aktı təhlil edilib. 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılmış, hazırda sahəvi təhlillər aparılmaqdadır.

Bildirilib ki, ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən yeni, müasir yanaşmalar tətbiq etməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır.

Komitə tərəfindən istifadəyə verilmiş “Özəlləşdirmə portalı”ndan yanvar-sentyabr ayları ərzində istifadə edənlərin sayı 600 minə yaxın olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portaldan istifadə edənlərin 960 mini keçib.

2017-ci ilin 9 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı və respublikanın rayonları da əhatə olunmaqla ümumilikdə 40-a yaxın hərrac keçirilib.

Müşavirənin sonunda Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi tapşırığını verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu