"Azərsu"nun müştəri xidmətləri müsbət nəticələr verməkdədir


"Azərsu"nun müştəri xidmətləri müsbət nəticələr verməkdədir


"Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirlər müsbət nəticələr verməkdədir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq elektron xidmətlər sistemi yaradılıb.



Son illər həyata keçirilən sistem xarakterli islahatların Səhmdar Cəmiyyətin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, eləcə də əhalinin bu xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradır. Hazırda Səhmdar Cəmiyyət tərəfindən 11növdə elektron xidmət təqdim olunur. 2017-ci ilin yanvar-sentyabr aylarında vətəndaşlar tərəfindən müxtəlif məsələlərlə bağlı 215360 dəfə elektron qaydada müraciət edilib. Təkcə sentyabr ayında “Azərsu” ASC-nin elektron xidmətlərinə 28 mindən çox müraciət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9 dəfə çoxdur. Qeyd edək ki, www.azersu.az saytında yerləşdirilmiş onlayn sorğuda iştirak edənlərin 55,6 faizi “Azərsu” ASC-nin təqdim etdiyi elektron xidmətlərdən istifadə etdiklərini bildiriblər. Elektron xidmətlərdən istifadə www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən həyata keçirilir.

"Azərsu"nun müştəri xidmətləri müsbət nəticələr verməkdədir
"Azərsu"nun müştəri xidmətləri müsbət nəticələr verməkdədir
"Azərsu"nun müştəri xidmətləri müsbət nəticələr verməkdədir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu