ƏMDK-nın çağrı mərkəzinə daxil olan müraciətlərin statistikası açıqlandı

Xəbərin çap versiyası
Tarix: 18-10-2017, 13:57    |    Xəbər oxunub: 539 dəfə
ƏMDK-nın çağrı mərkəzinə daxil olan müraciətlərin statistikası açıqlandı


Carı ilin sentyabr ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsinin 193 Vahid Çağrı Mərkəzinə 250-ə yaxın müraciət daxil olub. Sentyabr ayı ərzində ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 84 %-ə yaxını sorğu tiplidir.

Komitədən AFN-ə verilən məlumata görə, regionlar üzrə daxil olan müraciətlərin səviyyəsində paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriyaya üzrə müraciətlərin 73%-ə yaxını Bakı sakinlərinin payına düşür.

Regionlar üzrə alınan bu nəticə bölgələrdə aparılan maarifləndirmə işlərinin daha da intensivləşməsini şərtləndirir. Komitə isə bunu nəzərə alaraq statistik göstəricilərin yaxşılaşdırılması üçün fəaliyyətini daha da təkmilləşdirir, bölgələrdə bu istiqamətdə işgüzar forumlar keçirir.

Müraciətlərin mövzularına gəldikdə qeyd edilməlidir ki, “Əmlaka dair çıxarış”, “Özəlləşmə”, “Torpaq sahələrinin kadastrı” üstünlük təşkil edir. Daha dəqiq desək müraciətlərin 31%-dən çoxu əmlaka dair çıxarışla, 20%-ə yaxını özəlləşmə ilə, 10%-ə yaxını kadastrla qalanı isə fərqli mövzularla bağlıdır.

Hərraclarla bağlı sorğuların ilk beşlikdə yer alması görülən işlərin nəticəsidir. Belə ki, hərracların təşkili sahəsində aşkarlığın təmin edilməsi, yeni innovativ addımların atılması, prosedurların sadələşdirilməsi vətəndaş marağına səbəb olub.

Müraciətlərin strukturunda araşdırma tələb edən məsələlərdə yer alıb. Bu kateqoriyada çıxarışla, kadastrla bağlı daxil olan suallar çoxluq təşkil edir. Başqa sözlə araşdırma tələb edən məsələlərin 30%-dən çoxu çıxarışla, 22%-ə yaxını kadastrla bağlıdır.

Daxil olan müraciətlər zamanı daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, məhdudiyyət arayışları, ümumi mülkiyyətin bölünməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər özəl mülkiyyət məsələləri ilə bağlı suallar verilir.

Vahid çağrı mərkəzi vasitəsilə vətəndaşlara daşınmaz əmlakla bağlı hüquqi yardımlar göstərilir. Bundan başqa onlar 193 saylı qaynar xəttinə zəng etməklə dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı ilə bağlı elektron xidmətlər haqqında da məsləhət ala bilərlər

Çağrı mərkəzi müraciətlərin qəbulunu və cavablandırılmasını ödənişsiz həyata keçirir. Komitənin səlahiyyətlərinə aid olan suallar daxil olduqda çağrı mərkəzi onları birbaşa və ya müraciət vərəqəsi tərtib edərək araşdırdıqdan sonra cavablandırır. Cavab sorğuçunu qane etmədikdə, operator tərəfindən ona müvafiq qanuna uyğun olaraq yazılı şəkildə Komitəyə müraciət etməsi təklif olunur. Çağrı mərkəzinə şikayət daxil olduqda isə onlar qeydiyyata alınaraq cavablandırılması üçün aidiyyatı struktur vahidinə göndərilir. Həmin struktur, şikayəti qanunvericilikdə nəzərdə tutulmuş müddətdən gec olmayaraq cavablandırılmasını təmin edir.

Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saaat 9.00-dan 18.00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

Qeyd edilməlidir ki, ən son texnologiyalar əsasında hazırlanan vahid çağrı mərkəzi mükəmməl proqram təminatı vasitəsilə fəaliyyət göstərir. Vahid çağrı mərkəzinin fiziki və texniki imkanları yüksəkdir. Belə ki, gənc və ixtisaslı kadrlar işə cəlb edilib. Bu isə bir neçə vətəndaşın müxtəlif suallarının eyni anda cavablandırılmasına şərait yaradır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Silahlı Qüvvələrində yenilik

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat

ATMU-da “Rus dili həftəsi” keçirilib

ATMU-da “Rus dili həftəsi” keçirilib

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Azərbaycanda avtomobillər bahalaşacaq-

Azərbaycanda avtomobillər bahalaşacaq- idxal rüsumu 75% artırılır

Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur