Azərbaycanda yeni təşkilat yaradıldı

Xəbərin çap versiyası
Tarix: 18-10-2017, 15:58    |    Xəbər oxunub: 552 dəfə
Azərbaycanda yeni təşkilat yaradıldı


Park İNN otelində yeni yaradılan Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) rəhbərliyi mətbuat konfransı keçirib. İlk olaraq çıxış edən təşkilatın rəhbəri Əjdər Tağızadə qurumun hədəf və vəzifələrindən söz açıb.

Həmçinin Güney Azərbaycanda yaşayan soydaşlarımızın arzuolunmaz durmu barədəməlumat verib: “Azərbaycan türkü bir əsrə yaxındır ki, öz doğma yurdunda fars şovinizminin əsarətində yaşamağa məhkum edilib. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları, qızları əsarət zəncirini qırmaq üçün azadlıq vəmüstəqillik uğrunda dayanmadan mübarizə aparıblar. Yaşadığımız yeni tarixi mərhələdə Güney Azərbaycanda türk milləti özünün ən yüksək oyanış və özünü ifadə mərhələsinə çatıb. Azərbaycan türkünün milli mübarizəsi, güneydən gələnhaqq çağırışı, dünyanın diqqətini çəkməkdədir. Artıq Azərbaycan gənclərinin, aydınlarının təşkilatlanaraq, bütövləşmə və milli hərəkata yeni nəfəs gətirmə zərurəti ortaya çıxıb”.
Bu çağırışa cavab olaraq və tarixi şəraiti doğru dəyərləndirmək məqsədilə, Güney Azərbaycan hərəkatçılarının GADTB-ni yaratdıqlarını qeyd edən Ə.Tağızadə bildirib ki, rəhbərlik etdiyi qurum İran adlanan yerdə türk millətinin hüquqlarının qorunmasının tək yolunun müstəqillik olduğunu düşünür: “Başda Güney Azərbaycanın tarixi torpaqları olmaqla fars şovinizmi əsarətinə düşən bütün türk millətinin azadlığını və müstəqilliyini qarşıya məqsəd qoymuşduq.
Milli və demokratik dəyərələrə üstünlük verən GADTB, Güney Azərbaycan Türk dövlətinin yaranması və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda çalışan, bütün milli qüvvələrə açıqdır. GADTB olaraq Güney Azərbaycanın bütün milli qüvvələrini bu təşkilat ətrafında birləşməyə, Güney Azərbaycan Türklərinin azadlığı və müstəqilliyi uğrunda birgə mübarizə aparmağa çağırırəq”.
Daha sonra sədrin beuynəlxalq məsələlər üzrə müşaviri, Avstraliyada yaşayan soydaşımız Mikayıl Oyta çıxış edib. O təşkilatın xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasında önəmnli addımlar atacağını bildirib. M. Oyta əlavə edib ki, Güney Azərbaycanla bağlı daha ciddi addımlar atılacaq.
Təşkilatın mətbuat və informasiya müşaviri Həsən Səfəri də çıxışında Güney Azərbaycandakı soydaşlarımızın durumu, qarşıda duran vəzifələr, təşkilatlanma və bu istiqamətdə atılacaq zəruri addımlardan danışıb.
Tədbir diskussiya şəraitində davam edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Makedoniya Türk Hərəkat Partiyasının lideri:

Makedoniya Türk Hərəkat Partiyasının lideri: “Partiya olaraq Qarabağ məsələsi diqqətimizdə olacaq”

Dəmiryolu vağzalındakı

Dəmiryolu vağzalındakı “TASTE” restoranında “MTN izi”-milyardların söhbəti

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Azərbaycan İslam dünyasını vəhdətə çağırır

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Orta məktəblərdə bütün siniflər təmayüllü olacaq

Həbsdəki müstəntiq ata oldu

Həbsdəki müstəntiq ata oldu

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Lökbatandakı partlayışla bağlı cinayət işi açıldı

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Cocuq Mərcanlıda bütün evlər içməli su ilə təmin edilib

Azərbaycan OPEC-in iclasına dəvət olunub

Azərbaycan OPEC-in iclasına dəvət olunub

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

“Çelsi” azarkeşləri Bakı Olimpiya Stadionuna ayrıca girişdən daxil olacaqlar

İlham Əliyev FIFA prezidentini qəbul edib

İlham Əliyev FIFA prezidentini qəbul edib

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Kollegiya Yalçin İmanovun vəkillik fəaliyyətinə qadağa qoydu

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

Əli Həsənovun nəvəsi məhkəmə qarşısına çıxarılır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur