"Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu" mövzusunda tədbir keçirilib

Xəbərin çap versiyası
Tarix: 18-10-2017, 16:30    |    Xəbər oxunub: 532 dəfə
"Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu" mövzusunda tədbir keçirilib


Oktyabrın 17-də Tərtər rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşları ilə birlikdə “Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq qonaqları salamlayıb, Tərtər rayonu haqqında qonaqlara məlumat verib. Sonra rayon rəhbəri rayonun sosial-iqtisadi inkişafından, quruculuq və bərpa işləri haqqında danışıb.

Bakı şəhər Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva Heydər Əliyev Mərkəzinin fəaliyyət mexanizmindən, keçirilən tədbirlərin əhəmiyyətindən, Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqi barədə məruzə ilə çıxış edib.

Tədbirdə Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Bakı şəhər Heydər Əliyev Mərkəzinin Heydər Əliyev Muzeyi şöbəsinin aparıcı mütəxəssisi Könül Abdulova, Heydər Əliyev Mərkəzinin ekspozisiya və fondlarının zənginləşdirilməsi haqqında Departamentin Elmi araşdırmalar və təbliğat şöbəsinin aparıcı mütəxəssisi Günay Səfərova, Tərtər rayon Ağsaqqallar Şurasının üzvü Rauf Həsənzadə maraqlı çıxışlar ediblər.

Çıxışlardan sonra Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün anları” filmi nümayiş etdirilib.

Təbirin sonunda Bakı Şəhər Heydər Əliyev Mərkəzi tərəfindən Tərtər rayon Heydər Əliyev Mərkəzinə 16 adda kitab hədiyyə edilib.

Sonra qonaqlar Tərtər rayonunun Şıxarx qəsəbəsi ərazisində olan, ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə özləri tərəfindən 1978-ci ildə inşa edilmiş “Marağa-150” abidəsinə baxıblar.

"Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu" mövzusunda tədbir keçirilib

"Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və tədqiqində Heydər Əliyev Mərkəzlərinin rolu" mövzusunda tədbir keçirilib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Silahlı Qüvvələrində yenilik

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat

ATMU-da “Rus dili həftəsi” keçirilib

ATMU-da “Rus dili həftəsi” keçirilib

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Azərbaycanda avtomobillər bahalaşacaq-

Azərbaycanda avtomobillər bahalaşacaq- idxal rüsumu 75% artırılır

Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur