Nazirlikdən təkzib: “Əlillərlə bağlı layihə müzakirə olunmur”


Nazirlikdən təkzib:


Bəzi KİV-lərdə Milli Məclisə istinadən, guya əlilliyi olan şəxslərin sosial müavinətlərlə təminatı sistemində dəyişiklik olunacağı və sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə yayılan məlumatların heç bir əsası yoxdur.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Elman Babayev deyib. Onun sözlərinə görə, hazırda hökumətdə qeyd edilən məsələ ilə əlaqədar heç bir layihə müzakirə olunmur.

O, qeyd edib ki, nazirlik olaraq Azərbaycan Respublikası Milli Məclisinin Əmək və Sosial Siyasət Komitəsi ilə də əlaqə saxlanılıb. Komitədən sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə hər hansı məsələnin müzakirə olunmadığı bildirilib.

"Odur ki, sosial vəziyyəti yaxşı olan əlilliyi olan şəxslərə müavinətlərin verilməsinin dayandırılacağı barədə qeyd edilənlər ictimai rəyi çaşdrımağa yönəlib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu