Azərbaycan-Avstraliya biznes forumu keçirilib

Xəbərin çap versiyası
Tarix: 18-10-2017, 17:30    |    Xəbər oxunub: 569 dəfə
Azərbaycan-Avstraliya biznes forumu keçirilib



İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstraliya biznes forumu keçirilib.

AFN xəbər verir ki, tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 90-a yaxın iş adamı iştirak edib.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə məlumat verib, qeyri-neft sektorunun inkişafı, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, Azərbaycanın xarici ölkələrdə Ticarət Evlərinin yaradılmasının, ticarət nümayəndələrinin təyin edilməsinın Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. Rüfət Məmmədov avstraliyalı iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət edib.

Azərbaycan-Avstraliya Dostluq Assosiasiyasının prezidenti Con Hammond rəhbərlik etdiyi qurumun fəaliyyəti, iki ölkə arasında əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.

Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva Azərbaycanla Avstraliya arasında siyasi, iqtisadi, humanitar və başqa sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu bildirib, ölkələrimiz arasında dostluq, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini diqqətə çatdırıb.

Avstraliya-Azərbaycan Ticarət Palatasının rəhbəri Nizami Cəfərov iştirakçıları palatanın iş adamları arasında yeni əlaqələrin qurulması istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumatlandırıb.

Sonra AZPROMO-nun əməkdaşı Məhəmməd Xələfov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına dair təqdimatla çıxış edib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilib, əlaqələrin genişləndirilməsi və yeni biznes əməkdaşlığının qurulması məsələləri müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Jurnalistlər karnavala hazırlaşır-

Jurnalistlər karnavala hazırlaşır- AZƏRBAYCANDA İLK

Kurtua:

Kurtua: "Qarabağ"la oyun çətin olacaq"

Mənsimovdan sərt cavab

Mənsimovdan sərt cavab

Deputatdan Elman Rüstəmova irad:

Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır”

Əli Məsimli:

Əli Məsimli: "Qiymət artımının yarıdan çoxu monopoliyanın törətdiyi süni qiymət artımıdır"

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Hikmət Babaoğlu:

Hikmət Babaoğlu: “Dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə ciddi dəstək verməlidir”

“AzSigorta”da kütləvi ixtisarlar

“AzSigorta”da kütləvi ixtisarlar

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur