"Vətən sevgisinin düsturu olmur..."


"Vətən sevgisinin düsturu olmur..."


Müqəddəs kitabımız Quranda deyilir: Əgər Allah bir bəndəsini sevirsə, ona xeyir vermək istəyirsə ona ömrünü ən yaxşı işlərə sərf etməyə izn verer. Yaxşı iş Allahın sevdiyi insana hədiyyəsidi! Bəzən Allah birini elə çox sever ki, onu xeyir işlərə qərq edir. Savab işlər çıxarır rastına və o işləri gorməyi ona nəsib edər.



Ömrünə yaxşı iş gormək missiyası yazılan, Tanrının seçilmişlərindən olan , gəncliyini müharibənin od – alovlarında , saglamlıgını sevdiyi vətənin yolunda itirən , keçmiş kəşfiyyatçı döyüşçü , kəşfiyyat komandiri olmuş yaşayan şəhid və şahid ,uşaqdan -böyüyə hər kəsin tanıdıgı Allahın sevdiyi, qorudugu və izn verdiyi işıga qərq olmuş , seçilmişlərdən biri də İbad Hüseynovdu. Sovet imperiyasında hərbi xidmətini yerinə yetirərkən Azərbaycanın qanlı tarixi olan , 20 Yanvar hadisələrinə gorə etdiyi etirazlar, keçirdiyi aclıq aksiyaları inadçıl və əqidəli addımları onu və dostlarını dörd ay öncə təxris olunaraq Vətənə dönməyini gerçəkləşdirdi. Onun qəhrəmanlıgı elə hərbi xidmətdə başlamışdı.

1990 cı il l ..Qarabag…

Hərbi xidmətdən gələr–gəlməz könüllülərdən ibarət dəstə yaratdı.İlk işi şəklini Şəhidlər lövhəsinə vurmaq oldu.Burda öldürmək ,ölmək var, dönmək yox dedi.Müharibədə göstərdiyi qəhrəmanlıq kifayət qədər dastanlaşıb, kitablaşıb, filmləşib. Haqqında neçə -neçə sənədli filmlər, kitablar, jurnallar işıq üzü gorüb. Döyüş yolu haqqda generallar, hərbçilər, döyüş yoldaşları, dövlət adamları öz sözlərini deyib, fikirlərini bölüşüblər. İbad Hüseynov , bu günün gəncliyinə İgidlik, qəhrəmanlıq, cəsurluq məktəbi,dərsliyidi. O dərslik yalnız vətən, yurd sevgisini öyrədir

Ümummilli lider Heydər Əliyev demişdi...

“Vətənpərvərlik, insanın canından, qanından gəlməlidi,İstər-istəməz hər kəs bu vətənin övladıdır.Və hər kəs bu vətənə borcludu”.

Özünü vətənə borclu bilən və vətəni qoruyan, yolunda canından keçməyə hazır olan, tarixə adını qanyla yazan İbad Hüseynov ... “Vətən sevgisinin düsturu olmur “... deyir ... Bəzən danışır, gözləri dolur.Keçmişi yada salmaq istəmir. Çünki orda dostlarını, yaxınlarını ,dogmalarını ən əsası gözünü açdıgı kəndini, qanının qarışdıgı torpaqları itirib...

Döyüşdə göstərdiyi Qəhrəmanlıq kimi ,ailədə də göstərdiyi qayğıkeşlik, diqqət itirilmiş sağlamlığına baxmayaraq hər kəsin ümid yerinə çevrilməsi, qeyri-adiliyi, həssaslığı, yüksək intusiyası, möcüzə sayəsində sağ qalması Tanrının İbad Hüseynova olan lütfü idi .
Yaxşı döyüşçü, yaxşı dost, yaxşı qardaş, yaxşı əsgər, yaxşı övlad ,yaxşı ata , yaxşı vətəndaş və YAXŞI İNSAN. Uşaqlıqdan idmanı sevir və mə.gul olur.Taleyinə müharibə, yazılmasaydı , idman sahəsində dünya çempionu olardı . Çeviklik, məqsədyönlülük, əqidə sahibidir İbad Hüseynov. Tanrı da əqidə sahiblərini sevir.

Ölümə gedən yoldan geri dönən, Bakı şəhərində, doguldugu Muğanlı kəndinin adında “dayanacaq” düşünən də yalnız İbad Hüseynov ola bilərdi.”

Yanından gündə neçə dəfə ötüb keçilən, yağışdan, günəşdən qorunmaq küləkdən sığınacaq tapmaq üçün minlərlə insanın istifadə etdiyi bir dayanacaq var. Amma çoxları xəbərsizdir ki, bu “dayanacaq ölüm yuxusundan ayılanların, vətən həsrətindən xəstə düşüb dünyasını zamansız dəyişən İbad Hüseynovun valideyinləri Kifayət ananin, Möhsüm dayının son dayanacağı olub.
Qarabağımızı itirsəkdə, şəhidlər versək də, torpaq uğrunda qəhrəmancasına döyüşmək, kişi kimi ölmək, öldürmək və yaşamaq nümunəsi oldu İbad Hüseynov. Qəhrəman olmurlar qəhrəman dogulurlar.

Müharibənin öz qayda – qanunları var.Qarabag müharibəsi qaydasız-qanunsuz müharibə idi. Uzun illər ermənilərin hazırlaşdıqları, bizlərin isə gözlənilmədən və hazırlıqsız üzləşdiyimiz müharibə. Müharibə istər istəməz döyhüşçüyə sərtlik , qəddarlıq, dözümlülük öyrədir. İbad Hüseynovun özünün diliylə desək esgərlərə qəddarcasına keçdiyi telim onları bütün əziyyətlərə dözümlü etmışdi. Döyüşə hazırlıq təlimləri saatlarla bitməzdi. Döyüşə getdikleri zaman sevinə-sevinə gedərdilər! Ölümün gözüne dik baxa-baxa!...İbad siqaret cekmez, içki içmezdi.Əsgərlərinə də hər ikisindən uzaq olmagı tövsiyyə etmişdi. Döyüşlerin önünde özü gedərdi. Güllə mene dəysin! Əsgərlərim sag- salamat geri dönsünlər!

O, bu gün həm də türk dünyasının sevilən qəhrəmanlarındandır. Türk əsgəri, türk qaziləri, türk qəhrəmanı Vətənin ən ağır günündə meydanda olmağa hazırdılar . Türkiyənin qəhrəmanımıza olan sevgisi göz qabagındadır. Türkiyənin dövlət və hökumət rəhbərləri, ziyalıları, elm adamları ilə görüşləri tarixi anlara çevrilib. Bu gün İbad Hüseynov Türk dünyasının qəhrəman oglu olaraq Türkiyənin bütün şəhərlərində Azərbaycanı, Qarabagı anladır. Və son illərin Azərbaycan və Türkiyə dostlugunu daha da möhkəmlənməsinə xidmət edir.

2015 ci ildə Türkiyənin paytaxtı Ankarada adına verilən küçə, 2015 ilin avqust ayında Türkiyənin Zəfər bayramı günü, qəhrəman şəhərlərdən olan Qaziantəpdə park, 2017 ci ildə may ayında isə Kırşəhərdə adına verilən yeni küçə...
İstər Türkiyədə , istərsə də Azərbaycanda onu sevənlər çoxdur. Özündən xəbərsiz sevirlər onu.
TC cümhurbaşqanın başdanışmanı Yalçın TOPÇUnun dediyi kimi.... Bizim milletimizin en büyük özelliği cesareti ve adaletidir İbad Hüseyinli tarixi qəhrəmanlarımızın yakın dönemlərdəki en önemli temsilcisi, kahraman bir Azerbaycan Türküdür.
Güclü Türkiyə , güclü Azərbaycan deməkdi.

Beynəlxalq toplantılarda Hörmətli İlham Əliyev cənabları ... “Türkiyə yox, amma mən varam burada “ deyir . Türkiyənin prezidenti R. T. Ərdogana Qarabağ məsələsindən Sizə nə sualına “ Azərbaycanın əlinə tikan batsa Türkiyə bunu ürəyində hiss edər. Azərbaycanın hər məsələsinin arxasındayam” deyir. Bu qardaşlıq qiyamətə qədər davam edəcək çünki biz bir millətin əkiz qardaşıyıq.
... Bir gün gec, bir gün tez, Qarabagımıza sahib olacagıq. Çünki Qarabag Azərbaycanın ayrılmaz parçasıdı. Ali Baş komandan İlham Əliyev cənabları əmr verərsə hər zaman “Məh Heydər Əliyevin əsgəriyəm” deyən İbad Hüseynov və onun döyüş yoldaşları öndə olacaqlar.

O gün uzaqda deyil.

İllərdi keçirmədiyin ad günün mübarək olsun əziz qəhrəmanımız! (voicepress.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu