Diaspor fəalı mükafatlandırıldı


Diaspor fəalı mükafatlandırıldı


Danimarkada fəaliyyət göstərən Skandinaviya Türk Federasiyası diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürkü Təşəkkür diplomu ilə mükafatlandırıb.



Skandinaviya Türk Federasiyasının rəhbəri, yazar Ilhan Esen Elnur Eltürkün Türk dünyasının birliyi istiqamətində fəaliyyət göstərən insan olduğunu qeyd edib:
“Azərbaycan-Türk dünyası arasında mənəvi-sosial və s. istiqamətlərdə fəaliyyətini diqqətlə izləyirik. Onun “Qarabağ”-“Kopenhagen” oyunu zamanı göstərdiyi fəallığı yaddan çıxara bilmərik. Həqiqətən əzmlə və yüksək iradə ilə “Qarabağ”komandasına dəstəyini göstərdi. Ona gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.
Qeyd edək ki, Elnur Eltürk diaspor üzrə araşdırmaçı jurnalist olmaqla yanaşı, AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri vəzifəsində çalışır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu