Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib


Avstraliya şirkət nümayəndələri “AzerGold” QSC ilə görüş keçirib


18 oktyabr tarixində start götürən Azərbaycan-Avstraliya biznes forumu çərçivəsində Bakıda səfərdə olan Avstraliyanın mədən şirkətlərinin nümayəndələri və bu ölkədən olan biznesmenlər “AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) olub, Cəmiyyətin rəhbərliyi ilə görüşüb, tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə Avstraliya-Azərbaycan Dostluq Assosasiyasının prezidenti, Hammond Legal şirkətinin sahibi John Hammond, “Caravel Minerals” və “Forsys Metals” şirkətlərinin rəhbəri Marcel Hilmer, Avstraliya Maliyyə Qrupunun icraçı direktoru Brett McKeon, Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva, “AzerGold” QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov və Cəmiyyətin digər rəhbər şəxsləri və aidiyyatı nümayəndələri iştirak ediblər.

Tərəflər qarşılıqlı əməkdaşlıq məsələlərini – bu ölkənin təcrübəsindən “AzerGold” QSC-nin faydalanması imkanlarını ümumi müzakirə ediblər. Görüş zamanı qonaqlar resurs potensialına görə Avropada ikinci, dünyada ilk 10-a daxil olan Filizçay yatağına da böyük diqqət göstərib, Balakən rayonunda yerləşən yataqda aparılan işlərlə maraqlanıb.

Cəmiyyətlə Avstraliya şirkətləri arasında görüşlərin davam etdirilməsi, Azərbaycan təmsilçilərinin də Avstraliyaya səfər edərək bu ölkənin mədənçilik sahəsi ilə əyani tanış olması barədə ilkin razılıq əldə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu