Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Xəbərin çap versiyası
Tarix: 21-10-2017, 16:49    |    Xəbər oxunub: 561 dəfə
Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib



Vergilər Nazirliyi Dövlət İmtahan Mərkəzi ilə birlikdə vergi orqanlarında işə qəbulla bağlı test imtahanı keçirib. Vergilər Nazirliyi tərəfindən mövcud vakant vəzifələrə işə qəbul üzrə növbəti müsabiqə elan edilib.

Media və Kommunikasiya Mərkəzindən AFN-ə verilən məlumata görə, müsabiqəyə sənəd qəbulu 30 avqust 2017-ci il tarixdən 13 sentyabr 2017-ci il tarixədək elektron ərizə formasında aparılıb. Müsabiqə elanı KİV-də, o cümlədən Vergilər Nazirliyinin rəsmi internet saytında, habelə “Facebook” və digər sosial səhifələrdə yerləşdirilərək ictimaiyyətə açıq elan edilib. Elanda sənəd qəbulu, müsabiqənin keçirilməsi şərtləri və qaydaları barədə ətraflı məlumat öz əksini tapıb. Test imtahanına namizədlərin daha yaxşı hazırlaşmağına imkan yaratmaq məqsədi ilə test imtahanında istifadə olunan sualların tərtib edildiyi ədəbiyyat siyahısı nazirliyin internet saytı vasitəsi ilə namizədlərə çatdırılıb.

Müsabiqədə iştirakla bağlı 1480 nəfər vətəndaş müraciət edib, onlardan vakant vəzifələrin tələblərinə uyğun olan 985 nəfəri namizəd qismində müsabiqəyə buraxılıb.

Müsabiqənin test imtahanı və müsahibə olmaqla iki mərhələdən ibarət keçirilir. Qanunvericiliyə uyğun olaraq, test imtahanında uğur qazanmış namizədlər müsahibənin ikinci mərhələsinə – müsahibəyə buraxılacaqlar. Müsahibələrdə namizədlərin ümumi dünyagörüşü, onların müvafiq sahədə bilikləri və onları tətbiq etmək bacarıqları yoxlanılır. Müsahibələrdə şəffaflığın təmin edilməsi üçün müsahibə kollegial şəkildə – Müsabiqə Komissiyası tərəfindən aparılır, müsahibələrdə audio-video çəkilişdən istifadə edilir. Müsahibənin nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə açıqlanır.

Müsahibədə uğur qazanan namizədlər dövlət vergi orqanlarının ehtiyat kadrlar siyahısına daxil ediləcək və onların vakant vəzifələrə təyinatı üzrə müvafiq tədbirlər görüləcəkdir. İmtahanın nəticələri nazirliyin internet saytı vasitəsi ilə ictimaiyyətə elan ediləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Azərbaycan Silahlı Qüvvələrində yenilik

Azərbaycan Silahlı Qüvvələrində yenilik

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Qənirə Paşayeva Sudan nümayəndə heyətilə görüşdə Qarabağ problemindən geniş bəhs edib

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

Azərbaycanda təxminən 2 milyon 600 min uşaq var

"Qoca"nın qaçdığına görə həbs olunan komandirin yerinə yeni təyinat

ATMU-da “Rus dili həftəsi” keçirilib

ATMU-da “Rus dili həftəsi” keçirilib

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

Qüdrət Qurbanov BDT-nın 30-cu assambleyasının sessiyasında iştirak edəcək.

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

“Bakcell”in dəstəyilə futzal turniri təşkil edilib

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Əli Həsənovun nəvəsi əsgərlikdə olmayıbmış

Azərbaycanda avtomobillər bahalaşacaq-

Azərbaycanda avtomobillər bahalaşacaq- idxal rüsumu 75% artırılır

Bakıya sulu qar yağacaq

Bakıya sulu qar yağacaq

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Yunanıstan sahillərində itmiş gəmi tapılıb

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

Avropa Xalq partiyası Qarabağla bağlı bəyannamə qəbul etdi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur