Veysəloğlu Şirkətlər Qrupu mini futbol turniri keçirir


Veysəloğlu Şirkətlər Qrupu mini futbol turniri keçirir


Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi və təşkilatçılığı, İctimai Futbol Birliyinin tərəfdaşlığı ilə mini futbol turniri start götürüb.

Şirkətin İctimaiyyətlə əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, turnirdə Veysəloğlu MMC, Ulduz şokolad fabriki, Araz supermarketlər və Oba marketlər şəbəkəsindən ibarət 16 komanda çempionluq uğrunda mübarizə aparır. Reqlamentə əsasən turnir olimpiya sistemi üzrə keçirilir və məğub olan komanda çempionatı tərk edir. Keçirilən oyunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının hakimlər briqadası tərəfindən idarə olunur.
Turnirin artıq iki oyunu baş tutub. İlk oyunda TESS (Maliyyə) Arazı təmsil edən eyniadlı komandanı 6:1 hesabı ilə məğlub edib. Turnirin ikinci qarşılaşmasında isə Vikinq (Nəqliyyat) və Maddi Vəsaitlər komandaları üz-üzə gəliblər. Bu görüşdən Maddi Vəsaitlər komandası meydandan qalib ilə ayrılıb - 7:3.
Turnirdə ilk 3 yeri qazanan komandalar kubok, medal, pul mükafatı və fəxri fərmanla təltif olunacaq. Bundan başqa çempionatın bombardiri, ən yaxşı qapıçısı, ən yaxşı müdafiəçisi və fair-play oyunçusu nominasiyası üzrə də mükafatlar təqdim olunacaq.
Xatırladaq ki, futbol turniri şirkətdaxili komunikasiyasının daha da inkişaf etdirilməsi, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması, Veysəloğlu Qrup işçilərinin asudə vaxtlarının səmərəli keçirilməsi, əməkdaşlar arasında xoş ünsiyyətin yaranması məqsədilə keçirilir.

Veysəloğlu Şirkətlər Qrupu mini futbol turniri keçirir

Veysəloğlu Şirkətlər Qrupu mini futbol turniri keçirir

Veysəloğlu Şirkətlər Qrupu mini futbol turniri keçirir

Veysəloğlu Şirkətlər Qrupu mini futbol turniri keçirir

Veysəloğlu Şirkətlər Qrupu mini futbol turniri keçirir



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu