“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilib

Xəbərin çap versiyası
Tarix: 15-11-2017, 11:19    |    Xəbər oxunub: 523 dəfə
“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilib


Noyabrın 14-də öz işinə başlayan “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində ilk dəfə olaraq “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçirilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AFN-ə verilən məlıumata görə, konfransda bölgədəki ən mühüm ekoloji məsələlərə toxunulub: “Su ehtiyatlarının mühafizəsi və səmərəli idarə olunması”, “Su təsərrüfatında enerji effektivliyi və ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı”, “Təmiz Şəhər” ASC-nin fəaliyyəti”, “Davamlı inkişaf prinsipləri çərçivəsində ətraf mühitin idarə olunması”, “Ətraf mühitin mühafizəsi məqsədilə “yaşıl iqtisadiyyat” prinsiplərinin tətbiqi”, “Atmosferin çirklənməsində nəqliyyat vasitələrinin yeri”, “Qlobal İstiləşmə”.

Tədbirdə ETSN-nin, Azərsu ASC–nin mütəxəssisləri, IDEA İB-nin, “Təmiz Şəhər” ASC–nin nümayəndələri və QHT rəhbərləri çıxış edib və mövzular ətrafında geniş müzakirələr aparılıb.

Konfransın keçirilməsində məqsəd dövlət qurumları, işgüzar dairələr və ekspert təşkilatları arasında dialoq, fikir və təcrübə mübadiləsi yaratmaqdır.

Xatırladaq ki, “Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) kampaniyasının dəstəyi ilə təşkil olunub.

“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilib

“Caspian Ecology” 8-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Tanınmış jurnalist Natiq Qədimov vəfat edib

Az qala banklara yalvarırıq-

Az qala banklara yalvarırıq- Qənirə Paşayeva

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”-

“Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır”- XİN

“Onlayn mediaya 1 milyon ayrılsın” -

“Onlayn mediaya 1 milyon ayrılsın” - deputatdan təklif

Əmək pensiyaları artırılacaq-

Əmək pensiyaları artırılacaq- rəsmi

MSK sədri prezident seçkilərindən danışdı

MSK sədri prezident seçkilərindən danışdı

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

Ramiz Mehdiyev MDB-dəki problemləri müzakirə edib

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”-

“Hökumət büdcəyə görə məsuliyyət daşıyır”- Valeh Ələsgərov

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

DİN Qaradağdakı avtobus qəzası ilə bağlı məlumat yaydı

Parlamentdə maliyyə amnistiyası təklif edildi

Parlamentdə maliyyə amnistiyası təklif edildi

İnsanların icbari tibbi sığortaya ehtiyacı var-

İnsanların icbari tibbi sığortaya ehtiyacı var- millət vəkili

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur