Bu gün Bakının bəzi ərazilərində su olmayacaq


Bu gün Bakının bəzi ərazilərində su olmayacaq


Bu gün Bakıxanov və Sabunçu qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.

Qeyd edilir ki, məhdudiyyətə səbəb Bakı şəhəri Sabunçu rayonu Yavər Əliyev küçəsindən keçən 1000 mm diametrli magistral su xəttinin qəzalı hissəsinin dəyişdirilməsidir.

“Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə məlumatda bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu