"TESTE" Sübahir Qurbanova məxsus deyil- vəkil


"TESTE" Sübahir Qurbanova məxsus deyil-


"Sizin saytda səmiryolu vağzalında fəaliyyət göstərən "TESTE" kafesinin guya general Sübahir Qurbanova məxsus olması barədə məqalə dərc edilib. Tam məsuliyyəti ilə Sizin diqqətinizə çatdırmaq istəyirəm ki, nə məqalədə adı keçən kafenin, nə də ki, həmin kafenin yerləşdiyi obyektin general Sübahir Qurbanova aidiyyəti yoxdur".

Bunu AFN-ə göndərdiyi məktubda həbsdə olan sabiq MTN generalı Sübahir Qurbanovun vəkili İlkin Mustafa bildirib. AFN-də dərc edilən "Həbsdə olan general Sübahir Qurbanovun daha bir obyekti ifşa olundu" sərlövhəli yazıda səsləndirilən fikirlərə münasibət bildirərkən vəkil İ.Mustafa qeyd edib ki, 2 ilə yaxındır ki, general Sübahir Qurbanovun hüquqlarını müdafiə edir: "Nə istintaq dövründə, nə də ki, məhkəmə zamanı general Sübahir Qurbanova məxsus əmlaklar sırasında bu adda obyektə rast gəlməmişəm. Xahiş edirəm ki, saytınızda bu məlumatı bizim tərəfin mövqeyi kimi təqdim edəsiniz.
Öncədən təşəkkürümü bildirirəm".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu