Miqrantların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müzakirələrin yekun tədbiri keçirilib

Xəbərin çap versiyası
Tarix: 23-11-2017, 12:06    |    Xəbər oxunub: 538 dəfə
Miqrantların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müzakirələrin yekun tədbiri keçirilib


Dövlət Miqrasiya Xidmətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Həyat” Humanitar Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Miqrantların Azərbaycan cəmiyyətinə səmərəli inteqrasiyasına dəstəyin göstərilməsi” layihəsinin yekun tədbiri keçirilib.



Layihənin ideyası barədə danışan layihə rəhbəri Azər Allahverənov bildirib ki, ildən ilə ölkə ərazisinə gələn miqrantların sayı artır və bu amil onu göstərir ki, Azərbaycan Respublikası miqrantlar üçün mənşə və tranzit ölkəsi olması ilə yanaşı təyinat ölkəsinə çevrilir. Ölkəyə gələn miqrantlar arasında uzunmüddətli əsaslarla burada əmək fəaliyyəti ilə məşğul olmaq, yaşamaq və qanuni əsaslar olduğu halda vətəndaşlıq əldə etmək istəyənlərin, burada qaçqın və sığınacaq axtaran şəxslər statusu ilə yaşayanların, həmçinin uzun müddət xaricdə yaşayıb ölkəsinə qayıdan repatriantların da sayı kifayət qədərdir. Bu göstəricilər dünyanın aparıcı dövlətlərində miqrasiya sahəsində həyata keçirilən inteqrasiya strategiyasının Azərbaycanda da həyata keçirilməsini şərtləndirir. Keçən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə bağlı həyata keçirilən dövlət siyasəti həmin inteqrasiya strategiyasının ayrı-ayrı elementlərini özündə ehtiva edib. Müasir şərait həmin strategiyanın yeni dövrün çağırışlarına adekvat cavab verəcək kontekstdə icrasını zəruri edir. Hazırkı layihənin ideyası və fəlsəfəsi də məhz bu zərurətdən irəli gəlib və mövcud inteqrasiya siyasətinin bir qədər də səmərəli həyata keçirilməsinə dəstək məqsədilə icra olunub.

Layihə rəhbəri layihə çərçivəsində həyata keçirilən qiymətləndirmə, təşkil olunan fokus qruplarla görüşlər və ictimai müzakirələr, nəşr olunan və hədəf qrupları, maraqlı tərəflər arasında paylanılan əyani vəsaitlərdən danışıb və layihənin nəticələrinə əsaslanan perspektivlərə nəzər salıb.

İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov miqrantların hüquqlarının müdafiəsi və bu sahədə qeyri-hökumət təşkilatlarının rolu barədə danışıb. Koalisiya rəhbəri bildirib ki, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında geniş əməkdaşlıq əlaqələri yaradılıb və hazırkı tədbir, öncə təşkil olunan ictimai müzakirələr bu fikrin əyani sübutudur. Miqrantların hüquqi, mədəni, sosial və digər müstəvilərdə inteqrasiyasının effektivliyi məhz həmin əməkdaşlıq əlaqələrinin hesabına baş verə bilər.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə miqrant ailələrinin aktual məsələləri, xüsusilə erkən nikah halları və bundan irəli gələn ağır nəticələr barədə danışıb. K.Ağazadə yaranmış vəziyyətin miqrant ailələrinin cəmiyyətə inteqrasiyasını çətinləşdirən hal olduğunu bildirib və məsələnin həllinə yönələcək təklif və tövsiyələrlə çıxış edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Fuad Cabbarov miqrantların inteqrasiyasının çox vacib bir proses olduğunu qeyd edib və bildirib ki, bu səpkidə olan proqramlar əsasən uzunmüddətli ölkə ərazisində qalan insanlara şamil olunmalıdır. Lakin bununla yanaşı inteqrasiyanın həm çərçivələri, hüdudları və icra mexanizmi, bu mexanizmin tərkib və təsir elementləri müəyyən edilməlidir. Ölkə ərazisində olan qaçqınlar, daimi əsaslarla yaşayan şəxslər həmin inteqrasiya proqramının əsas hədəf qruplarına daxildir. Sektor müdiri miqrasiya sahəsində ixtisaslaşan ictimai təşkilatların potensiallarının artırılmasının, əcnəbilərə iş icazələrinin verilməsi mexanizmi və prosedurlarının sadələşdirilməsinin vacibliyi məsələsinə münasibət bildirib.

“Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşumova vurğulayıb ki, miqrantların inteqrasiyasının səmərəli olması bir çox məqamlarla yanaşı həm də geniş səpkidə keçirilən ictimai müzakirələr zamanı qaldırılan məsələlərin operativ həllindən birbaşa aşlıdır. Layihə çərçivəsində təşkil olunan ictimai müzakirələr zamanı müalicə olunan əcnəbi uşaqların müvafiq rüsumlardan azad olunması ilə bağlı operativ işlərin başlaması hazırkı layihənin böyük uğurudur.

Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Kəyan Hacıyev və İctimaiyyətlə əlaqələr idarə rəisinin müavini Fizuli İsmayılov Miqrasiya məcəlləsinə müvafiq maddələrinə əsasən qaçqınların və daimi əsaslarla ölkə ərazisində yaşayan miqrantların inteqrasiyasının effektivliyini təmin edən fəaliyyətlər, xüsusilə də Təlim tədris mərkəzində təşkil olunan Azərbaycan dili kursları, miqrantların hüquq və vəzifələri barədə məlumat veriblər, təmsil etdikləri icra qurumunun vətəndaş cəmiyyəti institutları, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura ilə əməkdaşlığı və bu kimi əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd ediblər.

Miqrantların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müzakirələrin yekun tədbiri keçirilib
Miqrantların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müzakirələrin yekun tədbiri keçirilib
Miqrantların Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı müzakirələrin yekun tədbiri keçirilib




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Türkiyə Şərqi Qüdsdə səfirlik açacaq

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu-

Bakıda böyük tikinti şirkətinin rəhbəri həbs olundu- YENİLƏNİB

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Azərbaycan 10-dan çox ölkəyə hərbi məhsul ixrac edir

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

Sevdiyi oğlanla ailə qura bilməyən qız özünü öldürmək istədi

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Azərbaycan cüdoçusu Ukraynanın mütləq çempionu oldu

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşü başladı

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Ərdoğanı öldürmək istəyən 9 terrorçu həbs olundu

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Azərbaycanlı alimin ixtirası “dəm qazı terroru”na son qoyacaq

Saakaşvili Poroşenkoya barışıq təklif edib

Saakaşvili Poroşenkoya barışıq təklif edib

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

NATO Rusiya təhlükəsinə qarşı qüvvələri üçqat artırdı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

Bakıda böyük tikinti şirkətinin rəhbəri saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur