Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri"nə 6 il həbs verildi


Separatçı Dağlıq Qarabağ rejiminin keçmiş "müdafiə naziri"nə 6 il həbs verildi


“İqla” zenit raket kompleksinin qanunsuz dövriyyəsində şübhəli bilinən separatçı Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayana hökm oxunub.

APA-nın verdiyi məlumata görə, bu gün keçirilən məhkəmə iclasında S.Babayan 6 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı onun 7 il müddətində azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Hadisə ilə bağlı cinayət işi ötən il sentyabrın 20-də başladılıb.

Həmin ilin iyulunda Ermənistan vətəndaşı, qondarma "DQR"-in keçmiş "müdafiə naziri" Samvel Babayan Rusiyada yaşayan tanışında olan külli miqdarda oğurluq avronu əldə edərək Ermənistanda dövriyyə buraxmağa cəhd edib. Həmin avrolar Rusiyadan Ermənistana gətirilərkən Milli Təhlükəsizlik Şurası əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, Samvel Babayan həmçinin “İqla” zenit raket kompleksini əldə etməyə çalışıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu