“Qarabağın Mədəniyyət Xəzinəsi” adlı layihə çərçivəsində gənclərlə görüş keçirilib

Xəbərin çap versiyası
Tarix: 7-12-2017, 20:10    |    Xəbər oxunub: 513 dəfə
“Qarabağın Mədəniyyət Xəzinəsi” adlı layihə çərçivəsində gənclərlə görüş keçirilib



Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Azərbaycan Turizm və Menecment Universiteti və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi və birgə təşkilatçılığı ilə həyata keçirilən “Qarabağın Mədəniyyət Xəzinəsi” adlı, Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimizin təbliğatı istiqamətində, təqdimat xarakterli maarifləndirmə layihəsi çərçivəsində Azərbaycan Kooperasiya Universitetinin tələbələri ilə görüşü keçirilib.

Tələbələrlə görüşdə Azərbaycan Turizm və Menecment Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənn müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzalı, Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov iştirak edib.

Mərasimi Azərbaycan Kooperasiya Universiteti Tələbə Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov giriş sözü ilə açaraq qonaqları salamlayıb və layihənin gedişatına uğurlar arzulayıb.

Sonra Azərbaycan Turizm və Menecment Universiteti Tələbə Gənclər Təşkilatının sədri Qoşqar Rzalı layihə haqqında məlumat verib, sonda layihənin həyata keçirilməsində dəstəyi olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbərliyinə və digər qurumlara öz minnətdarlığını bildirib.

Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənn müəllimi sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Məmmədzadə çıxış edərək gənclərlə Qarabağda olan və hərbi münaqişə zamanı ermənilər tərəfindən tamamilə və qismən dağıdılmış mədəniyyət abidələrimiz haqqında gəncləri məlumatlandırıb

Sonda gəncləri maraqlandıran sualları cavablandırılıb.

Qeyd edək ki, Layihənin məqsədinin əsasında ilk növbədə özünün tarixi, maddi-mədəniyyət abidələri ilə zəngin olan Qarabağımızın mədəniyyət abidələrini təbliğ etmək dayanır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Deputat:

Deputat: "Mətbuata ordudan yazmağı qadağan etmək doğru deyil"

Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıda “Texnologiyalar və İnnovasiyalar:İqtisadi islahatlar və inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib

Bakıya 20 ədəd avtobus gətirilib-

Bakıya 20 ədəd avtobus gətirilib- FOTOLAR

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü-

Diaspor rəhbəri Ukraynanın aparıcı KİV nümayəndələri ilə görüşdü- FOTOLAR

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir-

Silahlı Qüvvələrin rəhbər heyətinin toplantısı keçirilir- FOTOLAR

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

MŞ sədri Tiflisdə beynəlxalq toplantıda iştirak edib

"Bakcell"ə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq memorandum imzalanıb- FOTOLAR

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Kərəm Həsənov Ağcabədidə vətəndaş qəbulu keçirib

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu-

Gəncəyə qarşı təxribat xarakterli yazıların SİFARİŞÇİSİ bəlli oldu- “Şikayətçilərin” XAÇ ATASI var imiş

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

Patent və Əmtəə Nişanları Mərkəzi 2017-ci il üzrə “UĞUR” Milli Mükafatının laureatı elan edilib

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib-

ATMU-da “Turizm biznesi: təhsildən karyera doğru” adlı tədbir keçirilib- FOTOLAR

Hava dumanlı və çiskin olacaq...

Hava dumanlı və çiskin olacaq...

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur