40 min azərbaycanlıya Türkiyədə yaşamaq icazəsi verilib


40 min azərbaycanlıya Türkiyədə yaşamaq icazəsi verilib


Son 13 il ərzində 589 473 nəfər xarici vətəndaşa Türkiyədə yaşamaq üçün icazə verilib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Baş Miqrasiya İdarəsinin məlumatında deyilir.

2015-ci ildə 178 964 nəfər xarici vətəndaşa yaşayış üçün icazə verildiyi halda, 2016-cı ilin sonuna bu rəqəm 461 217 təşkil edib.

Ümumilikdə, 2005-2016-cı illər ərzində 55 983 İraq, 48 738 Suriya, 39 184 Azərbaycan, 24 253 Türkmənistan, 21 006 Rusiya vətəndaşı Türkiyədə yaşayış izni alıb. (APA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu