Silahlı insident zamanı yaralanan polis əməkdaşı evə buraxılıb


Silahlı insident zamanı yaralanan polis əməkdaşı evə buraxılıb


Yanvarın 20-də gecə saatlarında Gəncə şəhərində silahlı insident baş verib. Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Gəncə şəhər prokurorluğundan virtualaz.org saytına verilən xəbərə görə, faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayəti törətmiş şəxsin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.

Gəncə prokurorluğundan bildirilib ki, xəsarət alan polis əməkdaşı artıq xəstəxanadan evə buraxılıb.

Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu